Paris 2024 İdmançılar üçün antidopinq məlumatı portalı

Bütün vacib məlumatları buradan əldə edin.

Qadağan olunmuş siyahı

Qadağan olunmuş siyahı

İdmançılara hər zaman, o cümlədən oyunlar zamanı tətbiq olunan WADA-nın Qadağan edilmiş Maddələr Siyahısı 2024 qüvvədədir. Oyunlar çərçivəsində toplanan bütün nümunələr Qadağan edilmiş Siyahı 2024-də qeyd olunan qadağan edilmiş maddələr və qadağan edilmiş metodlar üzrə yoxlanılacaq. Hər bir idmançının istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı maddə və ya metodun Qadağan edilmiş Siyahı 2024-ə daxil olub-olmadığını müəyyən etmək idmançının məsuliyyətindədir.

DNP

Dopinq Nəzarəti Prosesi

Terapevtik istifadə üçün istisna (Tİİ)

İdmançının hər hansı xəstəliyinin və ya tibbi vəziyyətinin müalicə olunması üçün istifadəsi tələb olunan maddə və ya üsul Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan edilmiş Siyahısına əsasən qadağan olduqda, Tİİ həmin idmançıya bu maddəni və ya üsulu Antidopinq Qayda Pozuntusuna (AQP) yol vermədən və müvafiq sanksiyaya məruz qalmadan idmanda istifadə etmək üçün icazə verə bilər.

BOK Antidopinq Qaydaları idmançıların təyin olunmuş müalicəni tələb etməsi və buna icazə verilməsi üçün xüsusi bir proses nəzərdə tutur. Tİİ-lər üçün müraciətlər BTA tərəfindən təyin olunmuş Beynəlxalq Tİİ Komitəsi adlı həkimlər paneli tərəfindən qiymətləndirilir. 

Paris 2024 YayOlimpiya Oyunları üçün Tİİ-lər haqqında bütün müvafiq məlumatları BTA-nın saytında tapmaq olar:
Terapevtik İstifadə üçün İstisnalar (Tİİ-lər) – Paris 2024 Yay Olimpiya Oyunları 

Ətraflı

Məkan məlumat

MOK-lar Olimpiya Oyunları dövründə öz nümayəndə heyətlərinə aid olan bütün idmançıların məkanməlumatlarını BTA-ya “ITA Rooming List” Tətbiqi vasitəsilə təqdim etməlidirlər. Bu məlumatlar missiya rəhbəri və ya digər təyin olunmuş heyət tərəfindən Olimpiya kəndinə və hər hansı digər rəsmi yaşayış yerlərinə və ya fərdi yaşayış yerlərinə gəlişlərindən 24 saat ərzində BTA-ya təqdim edilməlidir.

Məkan məlumatlarının məcburi dövrü aşağıdakı iki tələbin yerinə yetirildiyi dövr kimi müəyyən edilir:

  •   Oyunlar dövründə (18 iyul – 11 avqust);
  •   Hər bir idmançının Fransada olması

Məkan məlumatlarının təqdim edilməməsi idmançılar və MOK-lar üçün intizam nəticələri nə səbəb ola bilər.

Ətraflı

Məlumat bölməsi

  1. İdmançı seçimi 

  2. Bildiriş 
  3. Dopinq Nəzarəti Məntəqəsinə gəliş 
  4. Nümunə toplanması qabının seçilməsi 
  5. Nümunənin təmin olunması 
  6. Nümunə saxlanma dəstinin seçilməsi 
  7. Nümunənin “A” və “B” qablarına bölünməsi 
  8. Nümunənin kip bağlanaraq qablaşdırılması 
  9. Nisbi sıxlığın ölçülməsi 
  10. Dopinq Nəzarəti Formasının yoxlanılması
Ətraflı
  1. DNP həyata keçirən şəxsin akkreditasiya sənədini tələb etmək;
  2. DNP haqqında əlavə məlumat əldə etmək; 
  3. Nümayəndənin iştirakını tələb etmək; 
  4. Ehtiyac yarandığı halda tərcüməçi tələb etmək; 
  5. Gecikmə üçün əsaslı səbəb olmadığı halda dərhal dopinq nəzarəti məntəqəsinə gəlmək.
  6.  Zərurət olarsa tibbi yardımdan istifadə etmək; 
  7. Sağlamlıq imkanı məhdud şəxs olduğu halda dəyişikliklər edilməsi barədə müraciət etmək; 
  8. DNP ilə əlaqədar idmançıya şübhəli gələn məqamların sənədləşməsini tələb etmək; 
  9. Dopinq Nəzarəti Formasının surətini tələb etmək.
Ətraflı..
  1. Bildiriş alan andan DNP bitənə qədər DNİ/Şaperonun müşayiəti altında qalmaq;
  2. Şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etmək; 
  3. DNP riayət etmək; 
  4. Bildirişdən sonra ilk sidik nümunəsini DNM-da təmin etmək; 
  5. Gecikmək üçün əsaslı səbəb olmadıqda dərhal DNM-ya getmək
Ətraflı...
  1.  Mükafatlandırma Mərasimində iştirak; 
  2.  Media öhdəliklərin icrası; 
  3. Sonrakı yarışlarda iştirak və ya məşqin başa çatması; 
  4. Zəruri tibbi müalicənin alınması; 
  5. Nümayəndə və/və ya tərcüməçinin axtarılması; 
  6. Fotoşəkilli şəxsiyyəti təsdiq edən sənədin əldə olunması; 
  7. Sakitləşmək üçün zaman
Ətraflı...

         BOK Antidopinq Qaydaları idmançıların təyin olunmuş müalicəni tələb etməsi və buna icazə verilməsi üçün xüsusi bir proses nəzərdə tutur. Tİİ-lər üçün müraciətlər BTA tərəfindən təyin olunmuş Beynəlxalq Tİİ Komitəsi adlı həkimlər paneli tərəfindən qiymətləndirilir. 

Paris 2024 Yay Olimpiya Oyunları üçün Tİİ-lər haqqında bütün müvafiq məlumatları BTA-nın saytında tapmaq olar: 

Terapevtik İstifadə üçün İstisnalar (Tİİ-lər) – Paris 2024 Yay Olimpiya Oyunları

Ətraflı

İdmançılara hər zaman, o cümlədən Oyunlar zamanı tətbiq olunan WADA-nın Qadağan edilmiş Maddələr Siyahısı 2024 (bundan sonra "Qadağan edilmiş Siyahı 2024" adlanacaq) qüvvədədir. Oyunlar çərçivəsində toplanan bütün nümunələr Qadağan edilmiş Siyahı 2024-də qeyd olunan qadağan edilmiş maddələr və qadağan edilmiş metodlar üzrə yoxlanılacaq. Hər bir idmançının istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı maddə və ya metodun Qadağan edilmiş Siyahı 2024-ə daxil olub-olmadığını müəyyən etmək idmançının məsuliyyətindədir. 

Qeyd etmək lazımdır ki, Qadağan edimiş Siyahı 2024 bir neçə dildə mövcuddur: İngilis, Ərəb, Katalan, Fransız, Alman, Yunan, Norveç, Portuqal, İspan və Türk dillərində. 

İdmançılardan, onların ətrafındakı şəxslərdən və bütün maraqlı tərəflərdən tramadol ilə bağlı böyük dəyişiklikləri nəzərə almalarını xahiş edirik və WADA tramadol haqqında İdmançılar və İdmançının Köməkçi heyəti üçün Məlumat Vərəqəsi hazırlamışdır ki, bu da WADA-nın saytında mövcuddur.

 Dərmanlarınızı yoxlamaq üçün daha çox məsləhət almaq istəyirsinizsə, bu resursdan istifadə edin: 

Ətraflı...

Təmiz idmançıları qorumaq və dopinqlə mübarizənin effektivliyini artırmaq üçün MADT və/və ya BF milli və beynəlxalq test qrupuna daxil edilmiş idmançılar WADA-nın Antidopinq İdarəetmə və İnzibatçılıq Sistemi (“ADAMS”) vasitəsilə tələb olunan məlumatları təqdim etməyə davam etməlidirlər. ADAMS məlumatların əldə olunması üçün istifadə ediləcək. Lazım olduqda idmançıları tapmaqda kömək etmək və həmçinin idmançıların məlumatların təqdim olunması tələblərinə tam riayət etmələrinin vacibliyini anlamaqlarını təmin etmək üçün BTA tərəfindən MOK-ların köməyi tələb olunacaq. Xüsusi hallarda, müvafiq BF və ya MADT idmançıların yerlərini toplamaq üçün onları Qeydiyyata Alınmış Test Qrupuna və ya Test Qruplarına daxil etmələrini istəyə bilər.

MOK-lar Olimpiya Oyunları dövründə öz nümayəndə heyətlərinə aid olan bütün idmançıların məkan məlumatlarını BTA-ya “ITA Rooming List” Tətbiqi vasitəsilə təqdim etməlidirlər. Bu məlumatlar missiya rəhbəri və ya digər təyin olunmuş heyət tərəfindən Olimpiya kəndinə və hər hansı digər rəsmi yaşayış yerlərinə və ya fərdi yaşayış yerlərinə gəlişlərindən 24 saat ərzində BTA-ya təqdim edilməlidir.

Məkan məlumatlarının məcburi dövrü aşağıdakı iki tələbin yerinə yetirildiyi dövr kimi müəyyən edilir:

  • Oyunlar dövründə (18 iyul – 11 avqust); 
  • Hər bir idmançının Fransada olması

MOK-lar həmçinin məkan məlumatlarının yenilənməsini izləməli və idarə etməli, və BTA tərəfindən tələb olunan hər hansı digər məntiqli köməyi təmin etməlidirlər ki, öz nümayəndə heyətlərinə aid idmançıların yerləri müəyyən edilsin.

“ITA Rooming List” Tətbiqinin məqsədi MOK-lara məkan məlumatlarının təqdim edilməsini asanlaşdıran bir tətbiq təmin etməkdir.

Bu tətbiqin detalları aşağıdakı kimidir:

  •  BTA hər bir MOK ilə əlaqə saxlayacaq və tətbiqə necə qoşulmaq barədə təlimatları email vasitəsilə göndərəcək;
  • BTA-dan email aldıqdan sonra, mobil telefonunuzda və ya kompüterinizdə tətbiqə necə daxil olmaq barədə təlimatlar üçün https://toolkit.ita.sport/NOC  linkinə daxil olun;
  • MOK tətbiqdə öz nümayəndə heyətlərinə aid idmançıların əvvəlcədən doldurulmuş siyahısını tapacaq;
  • MOK bütün idmançılar üçün tələb olunan məlumatları (məkan məlumatları, qalma müddəti) daxil etməlidir;
  • MOK idmançıların yerləşmə bölgüsündə hər hansı dəyişikliklər olduqda məlumatları yeniləməlidir.

Əgər məkan məlumatlarını öz tətbiqiniz vasitəsilə artıq idarə edirsinizsə, tətbiqi kütləvi yükləmələr etməyə imkan verir. Təlimatlar üçün bələdçini oxuyun və dəstək üçün support.rooming@ita.sport  ilə əlaqə saxlayın. Alınan məlumatlar tam məxfiliklə idarə olunacaq və yalnız Dopinq Nəzarəti fəaliyyətləri üçün istifadə olunacaq.

Məkan məlumatlarının təqdim edilməməsi idmançılar və MOK-lar üçün intizam nəticələrinə səbəb ola bilər.

Ətraflı...

Faydalı keçidlər

Faydalı keçidlər

BOK Antidopinq qaydaları

Daha ətraflı

Tİİ üçün əlavə məlumat:

Daha ətraflı

Dərmanların yoxlanılması:

Daha ətraflı

BOK Paris 2024 səhifəsi

Daha ətraflı

Paris 2024 rəsmi səhifəsi

Daha ətraflı

BTA Paris 2024 səhifəsi

Daha ətraflı

F.A.Q

Tez-tez verilən suallar

Paris Yay Olimpiya Oyunları zamanı Dopinq Nəzarəti fəaliyyətlərini kim həyata keçirir?

Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən Beynəlxalq Test Agentliyinə (ITA) 2024 Paris Yay Olimpiya Oyunları zamanı Dopinq Nəzarəti fəaliyyətlərini həyata keçirmək səlahiyyəti verilmişdir.

2024 Paris Yay Olimpiya Oyunları üçün Beynəlxalq Olimpiya Komitəsi (IOC) Antidopinq Qaydalarının tətbiq olunma müddəti nə qədərdir?

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Antidopinq Qaydaları Olimpiya Kəndinin açılış (18 iyul 2024-cü il) tarixindən Oyunların Bağlanış Mərasiminədək (11 avqust 2024-cü il) qüvvədədir.

Olimpiya Oyunları zamanı Nümunə Toplama üzrə Səlahiyyət hansı təşkilata aiddir?

Paris 2024 Təşkilat Komitəsi Olimpiya Oyunları zamanı Nümunə Toplama Səlahiyyəti üçün cavabdehdir.

Fransa Milli Antidopinq Agentliyi (AFLD) Olimpiya Oyunları zamanı Dopinq Nəzarəti fəaliyyətlərində hansı rolu oynayır?

AFLD, Beynəlxalq Test Agentliyi (ITA) ilə sıx əməkdaşlıq edərək Olimpiya Oyunlarından əvvəl və oyunlar zamanı Dopinq Nəzarəti fəaliyyətlərini həyata keçirəcək.

2024 Paris Yay Olimpiya Oyunları zamanı Dopinq Nəzarəti fəaliyyətlərində əsas əməkdaşlıq edən təşkilatlar hansılardır?

Əsas əməkdaşlıq edən təşkilatlara IOC, ITA, Paris 2024 Təşkilat Komitəsi və Fransa Milli Antidopinq Agentliyi (AFLD) daxildir.

Oyunlar zamanı Antidopinq Qayda Pozuntusu (AQP) aşkar edildiyi halda nəticələr nədir?

Əgər AQP aşkar edilərsə, ITA nəticələrin idarə edilməsi prosesini həyata keçirəcək, o cümlədən CAS Antidopinq Bölməsinə müraciət edəcək. İdmançı pozuntunun ciddiliyinə görə diskvalifikasiya və dayandırma daxil olmaqla sanksiyalarla üzləşə bilər.

Dəha ətraflı